8 Avqust 12:32
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Asiya regionu mühüm qlobal nəqliyyat və logistika mərkəzinə çevrilir.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan lideri Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropaya gedən nəqliyyat dəhlizləri üçün yaranan yeni imkanlara da diqqət çəkib.

“Qazaxıstanın dəniz infrastrukturunun (Xəzərdə) inkişafı ilə bağlı yeni imkanlar açılır. Çin və Mərkəzi Asiya ölkələrindən daşınan yüklərin həcmi artır, yüklər buradan Cənubi Qafqaz, Türkiyə və Avropaya çatdırılır”, - Tokayev vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər