Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin ediləcəyi barədə xəbər yayılıb.
Elmar Məmmədyarov Teleqraf.com-a açıqlamasında yayılan xəbəri təkzib edib: "Mənə elə bir təklif gəlməyib. Bu haqda xəbərim yoxdur. Polad Bülbüloğlu vəzifəsini icra edir. Məlumatı jurnalistlərdən öyrəndim".
Sabiq xarici işlər naziri "Belə bir təklif olarsa, dəyərləndirərsinizmi" sualına "Bu haqda şərh verə verə bilmərəm. Çünki məndə hər hansı məlumat yoxdur", - deyə cavab verib.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyi təsdiq edilib.
Xatırladaq ki, Elmar Məmmədyarovun səfir təyin ediləcəyi barədə məlumatı ilk olaraq Demokrat.az saytı yayıb.