Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə "Təşəkkürnamə" ilə təltif edib.
Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva bu haqda şəxsi İnstaqram hesabında məlumat verib:
"Şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib".
Arzu Əliyeva isə şəxsi İnstaqram səhifəsində bunları yazıb: "Sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib".
Belə ki, prezident nəvələri Əli Ağalarov və Mikayıl Ağalarovu da “Təşəkkürnamə” ilə təltif edib.