Fransanın Azərbaycandakı səfirliyi təyyarə qəzası ilə əlaqədar ölkəmizə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım olunub.
"Fransa səfirliyi bu gün Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralıların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.