26 Dekabr 12:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfirliyində başsağlığı kitabı açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan itkisi olub. Başsağlığı vermək üçün səfirliyimizdə başsağlığı kitabı açılıb.

Xatırladaq ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər