NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, alyans rəsmisi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Fikirlərimiz və dualarımız "Azərbaycan Hava Yolları" J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”, - paylaşımda belə qeyd olunub.
Xatırladaq ki, ötən gün Aktau şəhəri yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.