Türkiyənin Qars şəhərində Heydər Əliyev adına peşə məktəbi və Anadolu texniki məktəbinin açılşı olub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti George Marqelaşvili iştirak ediblər.
Açılışda Azərbaycan prezidenti İlham Əliyev çıxışında deyib: “İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır. Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Daha sonra çıxış edən Rəcəb Tayyib Ərdoğan nitqini Azərbaycanın dahi şairi Bəxtiyar Vahabzadənin sözləri ilə başlayıb:
“Bir ananın iki oğlu
Bir ağacın iki kolu
O da ulu, bu da ulu
Azerbaycan-Türkiye
Bu məktəbdə 2013-cü ildə dərslərin başlanmasına baxmayaraq, açılışı indi oldu. Rəhmətlik Heydər Əliyevin adını yaşadırıq, yaşatmağa da davam edəcəyik”.
Sonda isə prezidentlər məktəbin açılış lentini kəsiblər.
Samir