6 Aprel 2014 09:02
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulduz futbolçu Ronaldonun sevgilisi cazibədar İrina Şeyk

Ulduz futbolçu Ronaldonun sevgilisi cazibədar İrina Şeyk iyunun 6-da Antalya “Expo Center”də reallaşacaq “Dosso Dossi Fashion Show”da baş maneken olaraq podiuma çıxacaq.
Teleqraf.com xəbər verir ki, bu il “Dosso Dossi Fashion Show” iyunun 5-11-də Antalyada 18-ci dəfə keçiriləcək.
Rusiyalı qonaqların istəyi ilə cazibədar modellə müqavilə imzalanıb.
İyunun 6-da - cümə günü keçiriləcək şouda İrina Şeykin 4 fərqli geyim təqdim edəcəyi bildirilib.
“Dosso Dossi Fashion Show” bundan əvvəl Adriana Lima, İsabeli Fontana, Erin Heaterton və Miranda Kerr kimi adları Antalyada podiuma çıxarıb.
Aygün

Müəllif: Natiq Azəri