Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, bu gecə axşam cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyinin güclənəcəyi, axşam mülayimləşəcəyi gözlənilir. Aprelin 21-də də Bakıda nisbətən zəif şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında gecə 8-13, gündüz 17-22 dərəcə, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
A.Verdiyev deyib ki, sabah havanın temperaturu bu günlə müqayisədə 1-3 dərəcə aşağı enəcək.