Mayın 11-dən 13-dək Munster şəhərində (Almaniya) artilleriya qoşunlarının təlimində müşahidəçi qismində iştirak, mayın 11-dən 15-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursu keçiriləcək.
Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.