Avropa Şurasının baş katibi Torbyorn Yaqland Bakıdakı yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib.
T.Yaqland “Twitter”dəki səhifəsində yazıb: “İndicə Bakıdakı yanğın barədə eşitdim. Dəhşətli faciədir. Bütün zərər çəkmişlərə başsağlığı verirəm”.
Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdir.