5 İyun 2015 13:44
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in monitorinqi insidensiz baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçiriblər.


Müəllif:

Oxşar xəbərlər