16 İyun 2015 17:34
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatına qoşulduğu təxmin edilən daha bir rusiyalı tələbəni axtarmağa başlayıb.

Publika.az “LifeNews” kanalının saytına istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının tələbəsi Məryəm İsmayılova ilkin məlumatlara görə Türkiyəyə uçub.

“O, hamıdan gizli şəkildə xarici pasport əldə edib və Şeremetyevo hava limanından İstanbula uçdu”, - qızın atası Mənsur İsmayılov bildirib. Atası əlavə edib ki, qızı yola düşməzdən əvvəl ailənin 30 min rubl pulunu da götürməyə imkan tapıb.

Məryəmin valideynlərinin sözlərinə görə, o, İŞİD terror təşkilatının düşərgəsinə yola düşə bilər.

“O, hicab geyinirdi. Ali təhsili isə yalnız ona görə alırdı ki, atamız bunu ondan tələb edirdi”, - qızın bacısı Mədinə qeyd edib.

Qeyd edək ki, bu iyun ayında baş verən ikinci analoji hadisədir. Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova iyunun əvvəlində Suriyaya keçərək İŞİD-ə qoşulmağa çalışıb. Lakin o, Türkiyə-Suriya sərhədində yerləşən Kilis şəhərində saxlanılıb. Onunla birlikdə İŞİD-ə qoşulmağa çalışan Rusiyanın 14 vətəndaşı saxlanılıb. Varvara Karaulova isə iyunun 11-də Rusiyaya deportasiya olunub.


Müəllif:

Oxşar xəbərlər