19 İyun 2015 19:39
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov I Avropa Oyunları və Avropada baş verən hadisələrlə bağlı məqalə ilə çıxış edib. Teleqraf.com olaraq, həmin məqaləni oxuculara təqdim edirik.

Bakıda keçirilən I Avropa Oyunlarının açılışında Avropa ölkələrinin dövlət rəhbərləri səviyyəsində iştirak etməməsi bəzi dairələrdə müzakirələrə səbəb oldu. Bir çoxları bunu Azərbaycana qarşı “boykot” qərarı, bir çoxları isə Almaniya və Fransanın Aİ ölkələrinə təziqi nəticəsində baş verdiyini iddia edirdilər. Əslində isə kənardan cazibəli görünən odur ki, Avropanın içində çox ciddi ixtilafların mövcudluğu son zamanlar özünü daha qabarıq şəkildə büruzə verir. Beləki, Almaniya, Fransa, İngiltərə arasında, iqtisadi cəhətdən zəif olan Avropa dövlətlərini istismar edib öz vassallarına çevirmək cəhdləri uğrunda mübarizə daha da genişlənir. Bu dövlətlərin Avropanın üzləşdiyi böhrandan istifadə edərək, gəlir götürmək istəyi bu dövlətlər arasında ciddi qarşıdurma yaradır. Bu mübarizəyə öz iqtisadi potensialına görə hələlik, Almaniya liderlik edir. Aİ ölkələri sırasında Almaniyadan ən ağır zərbəni Yunanıstan almışdır. Heç kimə sirr deyil ki, Almaniya Yunanıstanı çox qısa zamanda öz iqtisadi məngənəsinə salaraq, tamamilə özündən asılı etmişdir.
Yunanıstan hökumətinin yaranan böhrandan xilas olmaq üçün Moskvaya üz tutması isə Avropada oyun qurucuları olan Brüsselin və Vaşinqtonun qəzəbinə səbəb oldu. Moskvaya səfər edən Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panayiotis Lafazanis səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında açıq şəkildə ABŞ administrasiyasının Afinaya güclü təzyiqlər göstərdiyini söyləmişdi. Nazirin sözlərinə görə, ABŞ Yunanıstanın “Türk axını” qaz kəməri layihəsində iştirakını istəmir. Amma ABŞ-ın ciddi sanksyalar tətbiq etdiyi Rusiya ilə hərbi əməkdaşıq edən Fransa ABŞ-dan bu cür təhdidlər almır. Bu cür ayrıseçkilik Avropa dövlətləri arasında sonu görünməyən daxili ixtilaflar yaradaraq, lazımi məqamlarda bu dövlətlərin bir araya gəlməsinə mane olur.
Yuxarıda göstərilən məqamlara nəzər yetirdikdə Avropa daxilində miqrasiya və milliyyətçilik problemlərinin də getdikcə kəskinləşdiyini görmək olar. Sirr deyil ki, son illər təşkilata üzv olan dövlətlərdə milliyyətçilik radikal məzmun alması, Avropada multikulturalizmdən imtina edilməsi, bu ittifaqın taleyini risq altında qoyur. Bununlada Aİ öz dəyərlərini ayaqlar altına atmış olur. Avropa ölkələri arasındakı bu cür hərcmərclik Avropa dövlət rəhbərlərinin “Bakı-2015” I Avropa Oyunlarının açılışında dövlət başçıları səviyyəsində iştirakını mümkünsüz edirdi.

Əlbəttə, Avropa dövlət rəhbərlərinin I Avropa Oyunlarının açılışında dövlət başçıları səviyyəsində iştirak etmələri bu oyunları daha da möhtəşəm edə bilərdi. Lakin Avropa dövlət rəhbərlərinin bu oyunlara qatılmamaları rəsmi Bakının hesabladığı nəticələrə təsir göstərə bilmədi.

Beləki, Azərbaycan özünün dünyanın müasir tələblərinə cavab verə biləcək səviyyədə inkişafını göstərdi. Oyunlara tamaşa etmək üçün birinci dəfə Azərbaycana gələn çoxsaylı insanlar bu ölkənin mədəni irsə, tarixə malik, ənənələrin və müasirliyin birləşdiyi bir ölkəni gördülər. Bütün bunlar Azərbaycanın yaxın gələcəkdə beynəlxalq imicinin daha da güclənməsinə səbəb olacaq. Bütün bunlar I Avropa Oyunları sayəsində qazanıldı.


Müəllif:

Oxşar xəbərlər