28 Avqust 2015 15:46
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 28-də Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərini qəbul edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində DGK-nın müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Hər bir vətəndaş DGK-nın sədri tərəfindən diqqətlə dinlənilib və əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə isə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, yerlərdə belə qəbulların təşkili üçün dövlətimizin başçısına minnətdarlıq ediblər.

İlhamə


Müəllif:

Oxşar xəbərlər