14 Sentyabr 2015 11:05
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin ləğvi ilə bağlı həm Azərbayn Prezidentinə, həm də Avropa Parlamentinə Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar adından müraciət qəbul ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Baş nazirin müavini iclasda müracətin mətninin hazırlanmasına dair göstəriş verib.

İclasda çıxış edən işğal altındakı rayonların icra başçıları və deputatlar AP-nin qərəzli qətnaməsini pisləyib və hamının buna qarşı səfərbər olmağa çağırıblar.


Müəllif:

Oxşar xəbərlər