28 Oktyabr 2015 11:46
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əmək pensiyasının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı normativ hüquqi sənəd layihələrinə dair konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard jurnalistlərə açıqlamasında qeyd edib ki, Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlıq olduqca vacibdir: "Avropa İttifaqının Azərbaycanla həcmi 750 min avro olan tvinninq layihəsinin reallaşmasından məmnunam. Bu layihə bilavasitə yığım hissəsinin tətbiqi və özəl pensiya bazarının yaradılmasını ehtiva edir və bizim üçün vacib layihədir. Bunun nəticəsində yaşlanmış əhali gələcəklərini təmin etmiş olacaq.

Əhalinin gələcək təminatının formalaşması məhz bu layihədən keçir. Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlıq olduqca vacibdir, eyni zamanda Aİ Azərbaycan ilə pensiya sahəsində əməkdaşlığı davam etdirəcək".

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər