6 Dekabr 2015 14:53
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycana zəruri dəstəyi verməyə hazırdır. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilib.

Səfirliyin məlumatına əsasən, Türkiyənin, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanında olduğu və Azərbaycana zəruri dəstək verməyə hazır olduğu qeyd olunur.

”Şiddətli qasırğanın Xəzər Dənizindəki Günəşli yatağının 10 saylı platformasında qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğına yol açdığını və meydana gələn yanğın nəticəsində həyatını itirən olduğunu dərin kədər hissi ilə öyrəndik.

Yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirik”, – deyə məlumatda qeyd olunur.


Müəllif:

Oxşar xəbərlər