6 Dekabr 2015 18:42
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, Prezident İlham Əliyevin qızı Leyla Əliyeva "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, L.Əliyeva özünün İnstagram səhifəsində yanğından olan fotoşəkli paylaşaraq "Allah rəhmət eləsin", "Pray for Azerbaijan" (Azərbaycan üçün dua et) - deyə qeyd edib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər