Hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad edilməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.
“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır”, M. Corc bildirib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser də Twitter hesabında Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb.
Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisini dünən azadlığa buraxıb.