12 Dekabr 2015 14:18
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının "Heydər" məscidində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub. Şeyxülislam bu il vəfat edən şəhid və bütün müsəlmanlara Allahdan ruhlarının şad olmasını diləyib.

A.Paşazadə "Heydər" məscidinin inşasına da toxunub: "Bu məscidin indi olduğu yer boş bir ərazi idi. Amma indi baxın, çox əzəmətli bir məkanda oturmuşuq. Buranın tikintisi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun diqqəti və qayğısı sayəsində bu məscid tikilib. Bu məscidin "Heydər" məscidi adlandırılmasını da mən xahiş etmişəm"./Trend


Müəllif:

Oxşar xəbərlər