17 Dekabr 2015 17:05
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər həyata keçirillir.

Səfirlikdən verilən xəbərə görə, silsilə tədbirlər çərçivəsində dünən səfirliyin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə birgə Küveytin “Reborn kids education academy” məktəbində “Azərbaycan küveytli uşaqların gözü ilə” adlı Beynəlxalq Gün keçirilib.

Tədbirdə Azərbaycan haqqında geniş məlumat verilib və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyi və Azərbaycanın ənənəvi bayramlarından birinə çevrildiyi qeyd edilib. Bu bayramın dünya azərbaycanlılarının həmrəylik və birliyini nümayiş etdirdiyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət və sevgi hissləri aşıladığı, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında həmrəylik və birliyin yaradılması işində mühüm rol oynadığı qeyd edilib.

İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində dövlət himnimizi səsləndirib, eyni zamanda uşaq mahnılarını və Azərbaycanda ən qədim rəqs növlərindən sayılan “Yalli rəqsi”ni ifa ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər