21 Dekabr 2015 16:22
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində Bakı şəhərində marşrut xətlərinə əlavə avtobusların çıxarılması gözlənilmir.

Bunu Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.


Onun sözlərinə görə, bayram günlərində paytaxtdan rayonlara daha çox axın olduğundan şəhər marşrutlarında sıxlıq müşahidə olunmur:

“Adətən, bayram günlərində Bakıda şəhərdaxili marşrutlarda əhalinin azlığı müşahidə olunur. Bunu əvvəlki illərin təcrübələrinə əsasən demək olar. Sıxlıq daha çox rayonlara gedənlərin çox olması səbəbindən avtovağzal ərazisində olur. Əgər şəhərdə həddindən çox sıxlıq olarsa, ehtiyac yaranarsa, o zaman əlavə marşrutların çıxarıla bilər. Amma hazırkı vaxtda xəttə əlavə marşrutların çıxarılması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Həmin günlərdə sıxlığı nəzərə alıb xəttə əlavə 100 marşrutun çıxarılması nəzərdə tutulub:

“Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən 800-ə yaxın avtobus və mikroavtobus var. Sərnişinlərin sayı bayram günlərində iki dəfədən çox artdığı, sıxlıq yarandığı üçün ehtiyatda 100-ə yaxın avtobus saxlanılacaq ki, bu istiqamətlərdə xəttə çıxarılsın. Nə sərnişinlər əziyyət çəksinlər, nə də problem yaransın. Daha çox qərb istiqamətində daha uzaq məsafələrə, xüsusən də Gəncə, Qazax istiqamətində sərnişin sıxlığı olur”


Müəllif:

Oxşar xəbərlər