Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli 105 VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, 2-ci maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilir:
“güzəştli düzəliş - satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt;”.
36.9-cu maddə aşağıdakı redaksiyada verilir:
“36.9. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.”.
44.2-ci maddənin birinci cümləsi isə aşağıdakı redaksiyada verilir:
“Satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən xidmət təklifləri sorğusunda müəyyən olunan tələblərə cavab verən xidmətləri təklif edən yerli xidmət göstərənlərin xeyrinə bu Qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştli düzəliş tətbiq edir.”