3 Mart 2016 12:57
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin bir hissəsi yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasında Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən məcəllənin 986-3.2.2. maddəsində (bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir) “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri "maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir.

Qeyd olunub ki, beləliklə səlahiyyət yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Dəyişiklikdə bundan başqa yeni quruma “Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınması” səlahiyyəti də verilməsi əksini tapıb. Məcəllədə edilən digər dəyişikliyə əsasən də qiymətli kağızlarla bağlı bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.


Müəllif:

Oxşar xəbərlər