6 Aprel 2016 22:11
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın Fransadakı səfirinin Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyovla birlikdə Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğal olunması faktının müzakirəsi üçün “France 24” televiziya kanalının dəvətini rədd etməsinə təəssüfləndiyini bildirir.

Teleqraf.com xəbər verir ki, assosiasiyasının sədri Jan-Fransua Mansel bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, bununla da Ermənistan BMT-nin qətnamələrinə riayət etmədiyini və Dağlıq Qarabağı qeyri-qanuni işğal altında saxlayaraq beynəlxalq hüquq qaydalarının, eləcə də atəşkəsin pozulmasında məsuliyyət daşıdığını etiraf edir.


Müəllif:

Oxşar xəbərlər