19 Aprel 2016 12:31
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.


Müəllif: