21 Aprel 2016 14:33
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, başqa cəza növü yoxdur".

Bu barədə yazıçının vəkili Elçin Sadıqov fesbuk səhifəsində məlumat verib.

Vəkil bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olduğunu bildirib.

O qeyd edib ki, CM-nin 315.1-ci maddəsi üzrə cinayət işinin istintaqı davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər