11 Sentyabr 2014 09:00
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama “İslam Dövləti” ilə döyüşmək üçün üçün İraqa ordu yeriməkdən imtina edib.


Axar.az lenta.ru-ya istinadən xəbər verir ki, Obama bunu islamçılara qarşı strategiyasını açıqlayarkən deyib.


Obamanın sözlərinə görə, ABŞ Suriya və İraqdakı terrorçulara qarşı böyük koalisiyaya rəhbərlik edir: “Biz döyüşmək üçün Amerika qoşunlarını başqa dövlətin ərazisinə göndərməyəcəyik. Terrorçuluqla mübarizə kampaniyası bizim aviasiyamız və müttəfiqlərimizin yardımı vasitəsilə həyata keçiriləcək. ”

Qeyd edək ki, Obama İraq və İraq Kürdüstanı rəhbərliyinə 25 milyon dollarlıq hərbi yardım ayırıb.


Müəllif:

Oxşar xəbərlər