1 İyun 2018 08:18
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda fil sahibini ayaqları altına alaraq öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

İnsident Tamiland ştatındakı məbədlərdən birində baş verib.

Şahidlərin sözlərinə görə, əsəbiləşən fil 48 yaşlı sahibi Qayendranı ayaqları altına alaraq ölənə kimi əzib.

Fili ancaq 40 dəqiqədən sonra sakitləşdirib məbədin ərazisindən çıxarmaq mümkün olub. Hadisə baş verən zaman məbəddə 300-ə yaxın insan olsa da, heç biri xəsarət almayıb.

Polis məbədə girişi bağlayıb və araşdırma aparır.


Müəllif: Ruslan

Oxşar xəbərlər