24 Aprel 2019 08:00
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun Poylu kənd dəmiryolu stansiyası ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, taksi kimi fəaliyyət göstərən minik avtomobil hərəkətdə olan zaman anidən qarşısına it çıxıb.

Qazax rayonundan olan 1990-cı il təvəllüdlü sürücü Afiq Hacıyev heyvanı vurmamaq üçün maşını hədəfdən yayındırıb, lakin nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və onun Qazax rayonundan olan sərnişinləri - 1988-ci il təvəllüdlü Qurbanov Elxan və 1991-ci il təvəllüdlü Hüseynova Günay müxtəlif bədən xəsarətləri alıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com