Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının komitə toplantıları olacaq
Sentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin Hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcək.
Parlamentdən bildiriblər ki, tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev iştirak edəcək.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrin parlamentlərinin Qara Dəniz regionunda beynəlxalq sərnişin və yük daşımalarının inkişafında və tənzimlənməsində rolu, həmçinin quruma üzv ölkələrdə kiçik sahibkarlığın inkişafının qanunvericilik dəstəyinin təmin edilməsində parlamentlərin rolu mövzularında fikir mübadiləsi aparılacaq.
Azərbaycan parlamentinin nümayəndələri müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
Nemət