“Prezident İlham Əliyevin son əfv fərmanında NİDA üzvüləri də azadlığa çıxıblar. Mən bunu çox müsbət addımı kimi xarakterizə edirəm. Ancaq niyə əfv olunan bu gəncləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl və başqaları ziyarət etmədi?”
Bu fikirləri Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bunun özü onu göstərir ki, bu adamların hamısı saxtakardırlar: “Bəli, bu adamların hamısı qeyri-səmimi və saxtakardırlar. Bir neçə gün bundan qabaq Əli Kərimli özünü öldürürdü ki, gənclərin azadlığa çıxmasını istəyirəm və buna görə də "mitinq" keçirirdi. Əli Kərimli, bu həmin gənclərdir ki, sənin kimlərinin və başqalarının təsiri altına düşərək həbsxanaya düşüblər. Sizlər bu gənclərin günahına girmisiniz. Məhz sizlər onları aldadıb, yağlı vədlər verib “tezliklə hakmiyyətə gəlirik, sizlər vəzifə sahibi olacaqsınız" demişdiniz. Niyə türmədən çıxan gənclərin görüşünə getmədiniz? Bax, sizin mahiyyətiniz budur! Bütün günü beynəlxalq təşkilatlara “danos”çuluq edirdin ki, bu gənclər "siyasi məhbusdur". Bu bir il ərzində bir dəfə də olsun, bu gəncləri həbsxanada ziyarət də etmədin. Niyə susursan? Sevinmədiniz bu gənclərin azadlığa çıxmasına?”
BAXCP sədrinin müavini bildirib ki, bu hadisədən başqa gənclər də nümünə götürməlidirlər: “Bu gün Əli Kərimlinin yanında olan 5-10 gənc baş verən hadisədən ciddi nəticələr çıxarmalıdırlar və başa düşməlidirlər Əli Kərimlinin bu münasibəti bir gün onlar üçün də olacaq və bu siyasətin qurbanı olmasınlar. Əli Kərimli oğlunu İngiltərədə oxutdurur, yaxşı şəraitlə təmin edib. Bilin ki, sizlərdən Əli Kərimli istifadə edib beynəlxalq təşkilatlardan qrant alır.
Milli azadlıq hərəkatının lideri Əblüfəz Elçibəyə Əli Kərimli qədər xəyanət edən olmayıb. Bu adam Azərbaycan siyasətinin xəyanət simvoludur. Vaxtilə Əli Kərimli mərhum Heydər Əliyevə yalvarırdı ki, onu hansısa ölkəyə səfir təyin etsin. Heydər Əliyevin ona olan inamsızlığına görə, bu gün olub "müxalifət". Əslində onu tanıyan adamlar yaxşı bilir ki, hakmiyyət Əli Kərimliyə qarşı loyal münasibət göstərsə, bu adam köhnə peşəsinə qayıdacaq”.
Azad