Şəkidə tələbənin özünü intihar həddinə çatdırmaqda təqsirli bilinən İsmayıl Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib və hakim Ceyhun Əhmədovun icraatına təqdim edilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Şəki rayonunun Aşağı Layısqı kəndində 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb.
İntihar edən 20 yaşlı Mahizər Qasımova tələbə olub.
İstintaq araşdırması zamanı Mahizər Qasımovanın intihar etməsində Mustafayev İsmayıl Mahir oğlu günahkar bilinib.
İsmayıl Mustafayev həbs olunub. İstintaq orqanı tərəfindən İsmayıl Mustafayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.