19 Mart 2022 00:56
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikindəki elektrik cərəyanı onu vurub.

Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər