16 Yanvar 2023 12:41
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub.

Azad Aslanov narkotk vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub.

Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib.

Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.

Faktlarla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov