2 Avqust 2023 10:11
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayon sakini, 1992-ci il təvəllüdlü Məhəmmədəli Yusifovun kəsilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

M. Yusifova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Nəzər Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov