27 Mart 00:12
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonuna güclü qar yağıb.

Teleqraf.com xəbər verir ki, günortadan yağmağa başlayan qar axşama doğru daha da intensivləşib.

Qar örtüyünün qalınlığı rayon mərkəzində 5-10 santimetrə, ucqar kəndlərdə isə 15-20 santimetrə çatır. Qarlı hava şəraiti rayonun mərkəzi, o cümlədən dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb. Bir neçə avtomobil yolda qalıb.

Əraziyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları cəlb olunub.

Hazırda müvafiq qurumlar tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tədbirlər görülür.


Müəllif: Teleqraf.com