Bakıda Türkiyə vətəndaşının meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, 1984-cü il təvəllüdlü Sökmen Serkanın meyiti kirayə yaşadığı Xətai rayonu, Ramiz Quliyev 69, mənzil 20 ünvanında aşkar edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Onun restoran biznesi ilə məşğul olduğu deyilir. Atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.