Bakıda fəaliyyət göstərən bir sıra mağazaların sahibi, Respublika Sahibkar Qadınlar Birliyinin üzvü, iş adamı Mətanət Manafova vəfat edib.
Teleqraf.com xəbər verir ki, 50 yaşlı M.Manafova xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, M.Manafova həm də təlimçi kimi tanınırdı. O, əsasən kosmetoloji məhsulların satışının təşkili ilə məşğul olurdu.