Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı yanvarın 17-də ümumi çəkisi 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 38,6 kiloqramdan artıq marixuana, 2,4 kiloqramdan çox heroin, həmçinin 59 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.