Paytaxtın Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar. Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.