“Təəssüf ki, hələ də dünyada ikili standartlar mövcuddur. Azərbaycan da bu ikili standartlardan əziyyət çəkir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, dünyada baş verən proseslərə beynəlxalq təşkilatlar fərqli prizmalardan yanaşırlar. Onun sözlərinə görə, buna ən bariz nümunə Ermənistanın işğalçılıq siyasətinə göz yumulmasıdır.
“Bu gün Azərbaycanın inkişafı, ölkəmizdə olan sabitlik dünyadakı bəzi dairələri qıcıqlandırır. Amma Azərbaycan öz yolunu müəyyənləşdirib və bu yolla da gedir. Hazırda dünyanın böyük dövlətləri Azərbaycanda gedən inkişafı görürlər və demokratik cəmiyyətin nə olduğunu da bilirlər. Bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına böyük hazırlıq gedir. Təbii ki, bu uğurları görmək istəməyən bəzi dairələr var. Onlar ölkəmizin imicinə zərbə vurmaq üçün müəyyən cəhdlər edirlər. Amma düşünürəm ki, bu cəhdlər heç bir nəticə verməyəcək”, – deyə H.Rəcəbli vurğulayıb.
Səxavət