8 İyul 2014 14:13
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya ilə oyunda zədələnən Braziliya millisinin lideri Neymar üçün dünya çempionatı bitib.

Ulduz futbolçu bu gün xüsusi vertolyotla komandanın Teresopolisdə yerləşən düşərgəsini tərk edib. Neymarı həkimlərin konsultasiyasından keçirmək üçün San-Pauluya aparıblar.

Ola bilsin ki, konsultasiyadan sonra futbolçu Belu Orizonteyə gətirilsin. Neymarın “Eştadio Mineyrao” stadionunda keçiriləcək Braziliya-Almaniya qarşılaşmasını tribunadan izləyəcəyi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər