24 İyun 2021 01:16
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekord vurub.

Teleqraf.com-un məlumatına görə, ulduz hücumçu yarışın seçmə və final mərhələlərində ümumilikdə ən çox oyun keçirən futbolçu olub.

Ronaldo qrup mərhələsinin III turunun Fransa ilə görüşündə 59-cu qitə çempionatı matçına çıxıb. O, bu göstəricidə italiyalı qapıçı Canluici Buffonu arxada qoyub.

Qeyd edək ki, Ronaldo Avropa çempionatlarının həm final mərhələlərində, həm də ümumilikdə ən çox qol vuran oyunçusudur.


Müəllif: Teleqraf.com