11:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə I Liqasında çıxış edən "Ankaragücü" Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovla yollarını ayıra bilər.

Teleqraf.com xəbər verir ki, paytaxt klubu yeni transferlər edə bilmək üçün əcnəbi futbolçularından ən azı üçü ilə yollarını ayıracaq. Bu siyahıda Renat Dadaşovun da adı var.

25 yaşlı hücumçunun taleyinə bu gün keçiriləcək "Şanlıurfaspor" - "Ankaragücü" oyunundan sonra aydınlıq gələcəyi ehtimal edilir.

Qeyd edək ki, Renat Dadaşov "Ankaragücü"nə ötən ilin yayında transfer olunub.


Müəllif: Adil Nəhmətli

Oxşar xəbərlər