13:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Siti” klubu Norveç millisinin futbolçusu Erlinq Holanla müqavilə müddətini uzadıb.

Teleqraf.com klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu 2034-cü ilədək nəzərdə tutulan yeni sözləşməyə imza atıb. Rəhbərlik onun müqaviləsindən başqa kluba keçid qarşılığında nəzərdə tutulan bütün ödənişləri çıxarıb.

Futbolçuya "Mançester Siti" ən yüksək məbləğdə əmək haqqı ödəyəcək. Əvvəlki anlaşmaya görə, hücumçu hər il 19,5 milyon avro qazanıb. Lakin indi qeyri-rəsmi informasiyalara əsasən, ona bonuslar nəzərə alınmadan illik 25 milyon avro ödəniləcək. Bunu idman tarixinin ən bahalı sözləşməsi hesab etmək olar.

Qeyd edək ki, Erlinq Holan cari mövsüm Premyer Liqada 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib. Son vaxtlar onun “Real Madrid”ə keçəcəyi barədə xəbərlər yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər