13:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa və Asiyadan rəsmi təkliflərim var”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Şamaxı”nın sabiq legioneri Giorgi Kantariya deyib. Adı danışılmış oyunlarda hallanan gürcü yarımmüdafiəçi tezliklə yeni klubunun adına aydınlıq gələcəyini bildirib:

“Hazırda 3-4 komanda ilə danışıqlar aparıram. Avropa və Asiyadan rəsmi təkliflərim var. Tezliklə hər şey bitəcək və karyeramı hansı komandada davam etdirəcəyimə qərar verəcəyəm. Danışıqlar davam edir”.

Dekabrda Adil Nağıyevlə bərabər “Şamaxı”dan uzaqlaşdırılan 27 yaşlı oyunçu AFFA-nın danışılmış oyunlarda iştirakilə bağlı araşdırması barədə danışmaq istəməyib: “Bu mövzu haqqında danışmağı çoxdan dayandırmışam və mövqeyimi hamı bilir. Mənim adımla bağlı mətbuatda yazılanların hamısı yalandır. Heç vaxt belə işlərə qarışmamışam. Hər şey üzə çıxacaq və həmişə vicdanla, ürəyimlə oynadığım həqiqətimi sübut edəcəyəm. Qalanı zaman məsələsidir. AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb. Azərbaycana münasibətim yaxşıdır, orada çoxlu dostlarım var”.

Qeyd edək ki, Giorgi Kantariya ötən ilin yayında “Şamaxı” ilə anlaşıb. Daha əvvəl “Kəpəz”də də çıxış etmiş əcnəbi futbolçu ilə dekabrın 9-u müqaviləyə xitam verilib və AFFA oyunçuya qarşı araşdırmalara başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər