27 Yanvar 10:48
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsində Xorvatiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla, 15 futzalçı dəvət olunub

Həmin oyunçular bunlardır: Emin Kürdov ("Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Fərid Abbasov ("Baku Fire"), Emil Həsənzadə ("Neftçi"), Xəzər Ağalızadə ("Araz-Naxçıvan"), Tofiq Mikayılov ("Baku Fire"), Kənan Manafov ("Baku Fire"), Oktay Rüstəmli ("Baku Fire"), Nihad İsmayılov ("Baku Fire"), Fərid Atakişiyev ("Neftçi"), Ülvi Əliyev ("Araz-Naxçıvan"), Mirzə Əmirov ("Neftçi"), Seymur Məmmədov (Klubsuz), Nurlan Mehdizadə ("Baku Fire"), Cavad Məmmədov ("Baku Fire").

Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

Qeyd edək ki, milli komanda Avropa çempionatında yanvarın 31-də səfərdə Xorvatiya ilə, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər