20 Dekabr 2015 20:59
446

Yaponiyada keçirilən klublararası dünya çempionatının qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Barselona" (İspaniya) və "River Pleyt" (Argentina) klubları üz-üzə gəlib.

Oyun "Barselona"nın böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3 cavabsız qolla qalib gələn Kataloniya təmsilçisi dünya kubokuna sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Yaponiyanın "Hiroşima" klubu "Quanqjou"nu (Çin) 2:1 hesabı ilə məğlub edib.

20 dekabr

"River Pleyt" - "Barselona" - 0:3
Qollar: Messi, 36 (0:1), Suares, 49 (0:2), 68 (0:3)


Müəllif: